Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir

Koronavirus böhranı ilə əlaqədar Avropa İttifaqı vətəndaşlarının 60 faizi maliyyə çətinliyi içərisində yaşayır.

Bu məlumat Avropa Parlamentinin sifarişi əsasında hazırlanmış sorğuda yer alıb. Sorğu 23 aprel – 1 may tarixləri arasında 21 Avropa ölkəsində yaşı 16-dan yuxarı olan 21 mindən artıq sakin arasında aparılıb.

Rəyi soruşulanlardan 30 faizi böhran nəticəsində gəlirlərini itirdiklərini, 23 faiz isə iş yerini itirdiyini və ya məhdud saatlı iş rejiminə keçməli olduğunu bildirib. 14 faiz isə kirayə, gündəlik xərclər, kredit və digər ödənişləri həyata keçirməkdə ciddi problemlər yaşadığını söyləyib. Respondentlərin 10 faizi isə maliyyə sıxıntılarından canını qurtarmaq üçün ailə üzvləri və ya dostlarından maliyyə dəstəyi aldığını etiraf edib. Üç faiz isə böhran nəticəsində iflas həddinə çatdığını qeyd edib.

Rəyi soruşulanların əksəriyyəti Aİ-nin böhrana reaksiyası və onun aradan qaldırılması üçün səylərinindən narazılıq ifadə edib. 74 faiz Aİ-nin pandemiyaya qarşı tədbirlər görməsindən xəbərdar olduğunu bildirib, lakin respondentlərin 42 faizi bu tədbirlərdən razı qaldığını söyləyib. Sorğuda iştirak edənlərin 69 faizi koronavirus pandemiyası kimi böhranlarda Aİ-nin daha çox səlahiyyətə sahib olmasını arzu edib.

İştirakçıların 57 faizi Aİ ölkələri arasında həmrəyliyin daha yüksək formada olmasını tələb edib. Ən narazı respondentlər İtaliya, İspaniya və Yunanıstan vətəndaşları olub. (Modern.az)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »