Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Timsah Gena”nın müəllifinin qızı atası haqda dəhşətli sözlər dedi
Eduard Uspenski

Sovet dövründə doğulanların əksəri üçün “Timsah Gena”, “Prostokvaşino”, “Çeburaşka” əvəzolunmaz cizgi filmləridir. Eduard Uspenskinin kitabları böyük bir nəslin uşaqlığına işıq salıb.

Bizimyol.info xəbər verir ki, Rusiyada Uspenskinin adına uşaqlar üçün ədəbi mükafat təsis etmək istəyirlər. Nə qədər qəribə olsa da, dramaturqun qızı Tatyana buna qarşı çıxır. O, mətbuata atası haqda dəhşətli sözlər deyib.

Tatyana Uspenski Tatyana Uspenski

“Düşünürəm ki, adına dövlət mükafatı təsis olunan adam hər şeydən əvvəl xeyirxah və əxlaqlı olmalıdır. Mənim atam çox qəddar adam idi. Həmişə məişət zorakılığına yol verib”, - yazıçının qızı belə deyib.

Tatyananın iddiasına görə, Eduad Uspenski onu, anasını, bacısını qəddarcasına döyürmüş. Yazıçının qızı atasının spirtli içki düşkünü olduğunu bildirir. Tatyana danışır ki, uşaq kitablarının məşhur müəllifi müətəxəssisə müraciət etməkdən boyun qaçırırmış.

Tatyana daha bir inanılmaz iddianı ortaya qoyub: Eduard Uspenski Viktor Stolbunun rəhbərlik etdiyi dini sektanın üzvü imiş. Bu sekta uşaqlara zorakı davranışı ilə tanınıb. Onların hətta zorlanması faktları var.

Tatyananın iddiasına görə, onu hələ 11 yaşı olanda sektaya göndəriblər. Qadın deyir ki, atası uşaqları döyməkdən zövq alırmış: “Mən 18 yaşım olanda universitetə gözləri şişmiş halda gedirdim. Klyazmada həyət evində yaşayırdıq. O məni döyürdü, əlindən çıxıb qaçırdım”.

Eduard Uspenski 2018-ci il avqustun 14-də 80 yaşında vəfat edib.

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Professor: Karantini uzatmaq olmaz
››› Düşmən həyəcan içindədir: "Qardaşım ölü əsgərlərlə dolu 3 maşın görüb" - Foto
››› Rəhim Qazıyevin səs yazısına hərbi ekspertdən cavab – Ayıb deyilmi?
Son xəbərlər
Bütün xəbərlər »