Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya hökuməti ölüm cəzası alanlara da virusa görə pul paylayır

Yaponiya hökuməti böhran vəziyyətində əhaliyə sosial dəstək proqramını işə salıb. Bu proqram çərçivəsində insanlara heç bir öhdəliksiz pul paylanmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Yaponiyanın inzibati işlər və kommunikasiya naziri Sanae Takaiti bununla bağlı məlumat verib. Onun sözlərinə görə, hər bir vətəndaş 100 min yen (təxminən 930 dollar) ala biləcək. Ümumilikdə 1388 bələdiyyədə ödənişlər başlayıb. Bu, ölkənin 79.7 faizinin əhatə olunması deməkdir. Bütün prosesi həyata keçirmək üçün 25.6 trilyon yen (237 milyard dollar) xərclənəcək.

Sosial dəstək proqramının daha bir maraqlı tərəfi hətta həbs həyatı yaşayanlara da pul verilməsidir. Bundan da təəccüblü addım var: ölüm hökmünə məhkum olunanlar hökumətin yardımını ala biləcək.

Yaponiya kimi bir çox dövlətlər də belə addım atmağa düşünür. İspaniya yaxın vaxtlarda əhaliyə sosial dəstək üçün pul paylamağı planlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »