Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın daha bir deputatı koronavirusa yoluxdu

Rusiya Dövlət Dumasının millət vəkili Mizail Kuzmin koronavirusa yoluxub.

Bu barədə deputat özü məlumat verib. O bildirib ki, hazırda özütəcrid rejimindədir.

Mizail Kuzmin Mizail Kuzmin

“Görünür, mən koronavirus deyilən xəstəliyə yoluxmuşam. Testim pozitiv çıxdı. Əlavə müayinəni gözləyirəm. Həftəsonu evə- Stavropola getmək istərdim”.

Kuzminin sözlərinə görə, Moskvadakı mənzilində özünütəcrid rejimində olacaq.

“Özümü yaxşı hiss edirəm. Görək hadisələr necə inkişaf edəcək. Sizə məlumat verəcəyəm. Bu xəbər mənim üçün xoşagəlməz oldu”, - deyə deputat söyləyib.

Qeyd edək ki, Mixail Kuzmin Dövlət Dumasına 2016-cı ilin sentyabrında Stavropol diyarından deputat seçilib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının daha 5 millət vəkili koronavirusa yoluxmuşdu. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »