Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskovdan Kadırovun səhhəti ilə bağlı açıqlama

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun sağlıq durumu haqqında məlumatı olmadığını, ancaq bu barədə təfərrüatlı məlumatlar öyrənəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, D.Peskov deyib:

“Təəssüf ki, məndə bu barədə heç bir məlumat yoxdur. Mən, sadəcə onun sağlamlıq durumu haqqında heç bir şey bilmirəm, amma mütləq öyrənəcəm”.

Qeyd edək ki, D. Peskov bu sözləri jurnalistlərin R.Kadırovun onun müalicə olunduğu xəstəxanada olmasının mümkün olub-olmadığı ilə bağlı sualına cavab verərkən deyib.

Bundan əvvəl Çeçenistan parlamentinin spikeri, koronavirusla mübarizə üzrə operativ qərargahın rəhbəri Maqomed Daudov Ramzan Kadırovun sağlam olduğunu, mediada onun vəziyyəti barədə yalan məlumat verildiyini bildirmişdi. Onun sözlərinə görə, bir qrup insan Kadırovun səhhəti ilə bağlı öz arzularını qələmə verir.

Qeyd edək ki, bəzi KİV-lərdə yayılan xəbərə görə, R.Kadırovda koronavirus infeksiyası aşkarlanıb

Son xəbərlər
Bütün xəbərlər »