Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail qəzeti müxalifətdən yazdı

İsrailin məşhur “The Jerusalem Post” qəzetində Azərbaycan müxalifətində yaşanan gey qalmaqalına həsr olunan yazı dərc edilib.

Yazıda bildirilir ki, “Milli Şura” adlanan qurumun əsas üzvləri arasındakı onlayn danışıqlar qrup daxilindəki ciddi homofobik sentimentləri üzə çıxarıb.

Mayın 13-ü və 17-də yayılan dörd videoda diqqət cinsi azlıqların hüquqları məsələsinə yönəldilib. Keçmiş deputat, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəyli deyib ki, Qərb üçün bir nömrəli prioritet seksual azlıqların, arzuolunmazların hüquqlarıdır.

Sonra danışıqların mövzusu Hacıbəylinin tənqid etdiyi azərbaycanlı gey jurnalist İsmayıl Cəlilov olub. Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı söhbətə müdaxilə edib və İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırıb. O, zamanında Hitlerin bütün geyləri məhv etməməsinin təəssüf doğurduğunu bildirib.

Milli Şuranın daha bir üzvü Qənimət Zahid isə deyib: “Bizim görüşümüz canlı yayımlanır, ehtiyatlı olun”.

Yazıda qeyd edilir ki, bu danışıqlar Azərbaycan siyasi həyatında hay-küyə səbəb olub. “Milli Şura”nın sədri Cəmil Həsənli bu videoların sızdırılmasını “kibercinayət” kimi qiymətləndirib.

Gültəkin Hacıbəyli bildirib ki, ola bilər onun danışığı “sərt” və “kobud” səslənib. O, ümumilikdə seksual azlıqlar haqqında deyil, məhz bir şəxs haqqında danışdığını deyib: “Mən bununla bağlı üzrxahlıq yazmışam. Əgər Azərbaycanda seksual azlıqlar qrupunun hansısa üzvü bu sözləri özünə aid edibsə bu, səhvdir”.

Manaflı isə öz fikirlərinə görə üzr istəməkdən imtina edib və nümayişkəranə şəkildə cinsi azlıqların təbliğ olunmasını qəbul edə bilmədiyini vurğulayıb. Buna baxmayaraq, o, cinsi azlıqların məhv edilməsi ilə bağlı sözlərinə görə təəssüləndiyini deyib və bu sözləri “uğursuz və yersiz” adlandırıb.

Son xəbərlər
Bütün xəbərlər »