Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı

Zaqatalanın Suvagil kənd sakini, 46 yaşlı Nəcəf Balayev kəndin inzibati ərazisində çöllük sahədə mal-qara otaran zaman əyninə gödəkcə geymək istədikdə, üst geyiminin qolunda gizlənmiş gürzə ilanı onun sol əlindən sancıb.

Baku TV-nin məlumatına görə o, yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən Nəcəf Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Nəcəf Balayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »