Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN başçısı: “Dost ölkələrin yardımı olmadan Gürcüstanın uğurları çətin olardı”

“Gürcüstanın uğurları dost ölkələrin çox dəyərli yardımı olmadan mümkün olmazdı”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Xarici işlər naziri David Zalkalianinin ölkənin Müstəqillik Günü münasibəti ilə Gürcüstanda akkreditə edilmiş diplomatik korpuslara məktubunda belə deyilib.

D. Zalkaliani Gürcüstandakı xarici ölkələrin səfirlərinə, nümayəndə heyətlərinin rəhbərlərinə, diplomatlara peşəkarlıq, fədakarlıqvə xeyirxahlıq göstərdikləri üçün təşəkkür edib.

XİN başçısı koronavirus pandemiyası zamanı Gürcüstana yardım etmiş xarici ölkələrə təşəkkürünü ifadə edib. "Yanımızda olan ölkələrin əvəzsiz köməyi olmadan Gürcüstanın üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsi çox çətin olardı. Son aylarda üzləşdiyimiz pandemiya bizə dünyanı dəyişdirməyimizin, həmrəylik, əməkdaşlıq və qarşılıqlı yardımlaşma prinsipləri üzərində yenidən inşa etməyimizin lazım olduğunu göstərdi", - deyə D. Zalkaliani məktubunda bildirib.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »