Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Baş Dövlət Yol Polis İdarəsi Sumqayıtda 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, idarənin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə, “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri - 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »