Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Əsər yazan kitab alverçisi
Kəramət Böyükçöl

Kəramət Böyükçölü yazıçı kimi tanımırsınızsa onda kitab alverçisizi kimi tanıyın. Onun yazdığı sizi maraqlandırmırsa onda gedin yanına kitab satışının necə təşkil edildiyini öyrənin. Satdığı kitabların çeşidi çox olmasada gündə 1000 manata yaxın gəliri olur. Yəni sosila şəbəkədə yazdığından anladım ki, alveri pis getmir. Bizneslə məşğul olan, kitab alveri ilə çörək qazananlar üçün əsil tapıntıdır. 10 manata verib 1 kitab alıb, alverin yeni sirləri ilə tanış ola bilərsiniz. Bunun üçün Elimlər Akademiyasının bağına getməyiniz və 10 manatınızdan keçməyiniz yetərlidir.

Kəramət Böyükçöl dəli yazıçıdır. Ya da dəlilik edən yazıçıdır. Amma hər iki rolda uğurludur. Cəmi bir dəfə görüşmüşük. Atamın yasına gəlmişdi lül-qəmbər. Özüdə gecə hamı gedəndən sonra. Qardaşım Eldənizlə dostdur. Hansı həddə bilmirəm. Hər halda dədələrinin vayını ayıq başla həzm edə bilmədiklərindən yaxın dost olduğu qənaətinə gəldim. Söhbətimin məğzi onun dəli olmaq və yaxud dəlilik etmək üçün hansı hallara düşməyində deyil. Söhbət onun deputatlığa namizəd kimi ciddi olması ilə yazıçı kimi dəliliyi arasında fərqin olmadığını qeyd etməkdir.

Məni kim tapa bilər?

Onun kitablarını kitabçı yox, alverçi kimi satmaq ideyası Azərbaycan reallığının yazıçıya verdiyi qiymətə ən doğru adekvat cavabdır. Bu gün yazıçı və yaxud şair öz kitabının maddi dəyərini əldə etmək üçün 2 yolu var. Ya yazıçılığını sübut etmək üçün hansısa məmurun qarşısında boynunu büküb pul alıb çap olunmalıdır. Ya da yazarların qocalar evində kiminsə bığının altından keçməlidir ki, onun kitabınıda dövlət hesabına çap etsinlər. Hər iki halda çap etdirdiyi kitabların aqibəti ya tum satanların istifadəsində olur, ya da hansısa zirzəmidə tozluqda gəmiricilərin ixtiyarında qalır.

Yazıçınıza yiyə durum

Kəramət Böyükçöl ya dəli olduğundan, ya da özünü dəliliyiə vurduğundan daha ağıllı yol seçdi:”Sabah da gəlin kitabımı alın, yazıçınıza yiyə durun. Bir də gördünüz satıldım, müxalifəti söydüm. Qoymayın. Yazıçınızın yanında olun, mən də sizin yanınızda olum. Sabah görüşərik”. Əlavə şərhə məncə ehtiyac yoxdur. Adam neynədiyini 2 cümlə ilə anladır. Adam öz kitabını özü satır ki, əla baxımlı olmasın. Yazdığının əziyyətini özü çəkir ki, pul verən də onun kitabının dəyərini bilsin. Bu gün Azərbaycanda yazıçı olmağın ən optimal variantı məncə budur. Adam dəli olub və yaxud dəlilik edib özünü Azərbaycan cəmiyyətinə bu cür təqdim etdi. Ağız büzənlər olsada çoxluq onu elə bu cür də qəbul etdi. Əsər yazan kitab alverçisi kimi sevdilər. Bizi əsərini sevdi, digəri alverçiliyini. Hər iki alda bu dəli oğlan qazandı.

P.S. Mən hələ Elimlər Akademiyasının bağına getməmişəm. Amma 190 manat karta otursun gedib mütləq bir kitab da mən alacam.

Telejurnalist Şöhrət Əli

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »