Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan yeni texnologiyalara və innovasiyalara açıqdır” - Deputat

Prezident İlham Əliyevin videokonfrans şəklində növbəti görüşü dünyanın nüfuzlu şirkətlərindən olan “Signify”nin (əvvəlki adı “Philips Lighting”) rəhbərləri ilə oldu. Dövlət başçısı bir müddət əvvəl CISCO-nun rəsmiləri ilə də görüşmüşdü. Hər iki şirkətin rəhbərləri Azərbaycanın yeniliyə, inkişafa və texnologiyaya açıq olmasını yüksək qiymətləndirirlər.

Mövzu ilə bağlı Bizimyol.info-nun əməkdaşı Milli Məclisin deputatı Ceyhun Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik:

-Ceyhun müəllim, “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib. “Signify” şirkətinin və bu kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atmasının səbəbi nədir?

-Bu gün dünyada Azərbaycanın nüfuzu günü-gündən günə artır. Bir sıra beynəlxalq qurumlar, qlobal şirkətlər Azərbaycanla əməkdaşlığa can atırlar. Dünyanın aparıcı və böyük şirkətlərindən biri olan və 1891-ci ildə yaradılan “Signify” 74 ölkədə fəaliyyət göstərir. Bu şirkət 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə qərarlaşır. Ölkəmizin adıçəkilən şirkətlə birgə layihədə iştirakının əsası Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda qoyulub. Bu kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atmasını ölkəmizin nüfuzu, əlverişli biznes və sərmayə mühiti ilə əlaqəlidir və aparılan islahatların nəticəsi kimi göstərmək lazımdır.

Odur ki, dünyanın aparıcı şirkətin rəhbərlərinin Azərbaycana və cənab Prezidentin həyata keçirdiyi siyasətə yüksək qiymət verdilər. Bu baxımdan “Signify” şirkətinin rəhbərliyinin Prezident İlham Əliyev haqqında dediyi sözlər təbiidir. Çünki Prezident İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, beynəlxalq nüfuzu, bir çox sahələrdə həyata keçirdiyi uğurlu siyasət bu fikirləri söyləməyə əsas verir.

-Prezident İlham Əliyev bildirdi ki, Bakı və Sumqayıtda müasir işıqlandırma sistemi qurulur. Bu sistem şəhərlərimiz və enerji üçün nə vəd edir?

-Bu gün dünyada qlobal bazarlarda ciddi proseslər gedir, mühüm yeniliklərə imza atılır. Azərbaycanda bu inkişafdan geri qalmayaraq bütün sahələrdə yeni texnologiyaların, innovasiyaların tətbiqinə çalışır. Mürəkkəb texnoloji tələblərə cavab verən sistemlərin qurulması müasir texnologiyaların tətbiqinə və sözügedən sahədə yeniliklərin tətbiqinə, təhlükəsizliyin təmin olunmasına, sözügedən sahələrdə qənaətə və inkişafa öz töhfəsini verəcək.

-Dövlət başçısı bildirib ki, Azərbaycanda insanları qorumaq üçün bütün tədbirlər görülür. Bu istiqamətdə hansı addımlar atılır və atılacaq?

-Prezident İlham Əlyevin siyasətində insanların təhlükəsizliyi və sağlamlığı prioritet istiqamətlərdən birini təşkil edir. Prezident bütün çıxışlarında bu məsələləri xüsusi vurğulayır. Biz bunu pandemiya dövründə, eləcə də ölkəmizdə bütün sahələrdə həyata keçirilən siyasətdə açıq görürürük. Bunun üçün gərəkən addımlar hər zaman atılır. Sözügedən şirkətlə əməkdaşlıq da bu məqsədə xidmət edir.

-Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilib və yüksək qiymətləndirilib. Azərbaycanın koronavirusla mübarizə tədbirləri dəyərləndirərdiniz lütfən.

-Biz dəfələrlə şahid olduq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi Prezident İlham Əliyev haqqında yüksək fikirlər söylədi. Pandemiya dövründə Azərbaycan özünə qapanmadı. Digər ölkələrə də yardım əlini uzatdı, dəstək oldu. Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi mövqe nümayiş etdirdi, operativ qərarlar qəbul etdi. Bunun nəticəsində bir sıra dövlətlərdə olduğu kimi xoşagəlməz vəziyyətlərlə üzləşmədik.

-Azərbaycanın dövlət və sosial xidmətlərlə bağlı texnologiyaları bəzi ölkələr tərəfindən istifadə olunur. Yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır. Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır?

-Əlbəttə hazırdır. Çünki yeni texnologiyalar və innovasiyaların tətbiqi, bütün sahələrdə inkişaf və yeniliyin tətbiqi ilə bağlı konkret hədəf və məqsədlər vardır. Ölkə başçısı bu istiqamətdə səylə çalışır. Azərbaycan qısa müddətdə bu sahədə də böyük uğurlara imza atacaq. Bunu etmək üçün ölkəmizdə kifayət qədər potensial və imkan var. Yeni gənclik yetişir hansı ki, bu yeniliklərin tətbiqində maraqlıdır. Öyrənməyə, tətbiq etməyə çalışır. Bu eyni zamanda sözügedən sahədə səmərəliliyə və artıma öz töhfəsini verəcək.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »