Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin zərbələrindən sonra Rusiyanın muzdluları qaçmağa məcbur olub
Marşal Xəlifə Haftar

Türkiyənin dəstəyi ilə Liviya Milli Birlik Hökuməti qüvvələrinin son günlər əldə etdiyi qələbələrdən sonra paytaxt Tripolini tutmaq üçün iki ildir döyüşlər aparan qiyamçı feldmarşal Xəlifə Haftarın xarici müttəfiqləri ondan üz döndərir.

Virtualaz.org xəbər verir ki, Haftara dəstək verən Rusiya muzdluları-“Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojinə bağlı “Vaqnerin ordusu” Liviyadakı döyüş əməliyyatları zonasını tərk edib.

Bu barədə məlumatı Liviya hökumət qoşunları komandanlıq qərargahının nümayəndəsi Muhammed Kununuya istinadən “Anadolu” xəbər agentliyi verib. Onun sözlərinə görə hökumət qoşunlarına qarşı döyüşən Haftarın hərbi birləşmələri ilə çiyin-çiyinə vuruşan Rusiya muzdlularını Liviya paytaxtı Tripolinin cənub-şərqində yerləşən Bəni-Valid aeroportundan iki hərbi nəqliyyat təyyarəsi ilə aparıblar. Muzdlu döyüşçülərin yeni dislokasiya yeri barədə heç bir məlumat yoxdur.

Bildirilir ki, ümumilikdə Tripoli ətrafından 1600 muzdlu çıxarılıb. Lakin AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu rəqəmlər şübhə doğurur, beləki An-32 təyyarəsi maksimum 40-50 sərnişin tutur.

Liviyanın BMT-dəki daimi nümayəndəsi Taher al-Sonny xarici muzdluların Bəni-Valid hava limanından evakuasiyasını görüntüləyən video dərc edib. Diplomatın sözlərinə görə bu muzdlular Haftarın tərəfində döyüşürdülər. O bunu da bildirir ki, bunlar Rusiyanın “Vagner” özəl hərbi şirkətinin müqaviləli döyüşçüləri olub.

Livanın “The Daily Star” qəzeti isə məlumat verir ki, son günlər Bəni-Valid aerportuna azı 7 An-32 hərbi nəqliyyat təyyarəsi enib və onlar muzdluları evakuasiya ediblər. Təyyarələr muzdluların silahlarını və sursatlarını da daşıyıblar.

Xatırladaq ki, Türkiyənin “Bayraktar” pilotsuz döyüş təyyarələrinin endirdiyi raket zərbələri nəticəsində Haftarın qüvvələri azı 9 “Pantsir” zenit-raket kompleksi itirib, daha bir kompleks isə Milli Birlik Hökuməti qüvvələrinin əlinə keçib. Həmin kompleksləri Haftarın Birləşmiş Ərəb Əmirlikləri üzərindən əldə etdiyi təxmin edilirdi. Türkiyənin hərbi dəstəyi Liviyada qüvvələr nisbətini dəyişib və feldmarşalın ordusunun paytaxtı tutmaq planları boşa çıxıb.

Paylaş »
››› İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr
››› Həkim: "Sağ qalsam, bir azərbaycanlıya pulsuz xidmət etməyəcəm"
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »