Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşında boşanmış qızın əhvalatı - Foto

Sərlövhədə yazılanlar hansısa bədii əsərin, filmin predmeti deyil, yaşanmış taledir.

Yəmənli Nucud Əli 10 yaşına qədər həm ailə həyatı qurmağa, həm də boşanmağa imkan tapıb. Təbii ki, ərə verilmək öz xoşu ilə olmayıb.

Nucud Əli Nucud Əli

Bizimyol.info xəbər verir ki, Nucud Əli 9 yaşında ailə həyatı qurmağa məcbur edilib. Toy çalınanda ərinin 27 yaşı varmış. O, elə ilk gündən Nucuda işgəncə verirmiş. Qızcığaz az qala hər gün döyülürmüş. Günlərin birində Nucud çörək almaq adıyla evdən çıxır və bir daha geri qaytarmır. 10 yaşlı qadın məhkəməyə müraciət edir, boşanma haqqını almaq üçün uzun mübarizə aparır. Nucud sonda qalib gəlir. O, bununla da Yəməndə qadınların haqları uğrunda mübarizə rəmzinə çevrilir.

Yaxın Şərq üzrə mütəxəssis, jurnalist Delfin Minui Nucud Əliyə kitab yazmağa kömək edib. Kitabda bir ifadə xüsusi diqqət çəkir: “Ərə getməyi qızları bədbəxt etmək üçün fikirləşiblər”.

Son xəbərlər
Bütün xəbərlər »