Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur “Cimi” indi nə işlə məşğul olur...

Sovet dövründə Hindistan kinosuyla ciddi maraqlananlar Mitxun Çakrabortini çox yaxşı tanıyırlar.

“Cimi”ni Azərbaycanda da az qala tanımayan qalmamışdı. Bəs Çakraborti indi nə işlə məşğul olur? Bizimyol.info bu suala cavab tapmağa çalışıb.

Ümumilikdə 350 filmə çəkilən “Cimi” bunun sayəsində Hindistanın ən varlı adamlarından birinə çevrilib. Onun otellər şəbəkəsi və futbol klubu var. Üç oğlu olan Mitxun bir qızı da övladlığa götürüb.

Dişaninin məşhur aktyorun ailə üzvünə çevrilməsinin çox maraqlı tarixçəsi var. Günlərin birində Çakrabortinin yaşadığı ərazidə hər yerə səs yayılır ki, zibilliyə qız uşağı atılıb. Mitxun özünü ora çatdırır və uşağı evə gətirir. Ailə üzvləri onu övladlıq məsələsində dəstəkləyir. Beləcə, Çakraborti ailəsində qız uşağı peyda olur.

Mitxunun oğulları onun yolunu davam etdirir. Amma Dişani də geri qalmır. Çakrabortilərin sevimli qızı ikinci plan rollarında görünməyə başlayıb. 69 yaşı olan Mitxunun isə səhhəti qaydasında deyil. “Cimi” daha filmlərə çəkilə bilmir.

Son xəbərlər
Bütün xəbərlər »