Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada miqrantlar arasında kütləvi işsizlik yaranıb

Hazırda bütün dünyada işsizliyin səviyyəsini artırıb. Rusiya da istisna deyil. Xüsusilə miqrantlar ağır vəziyyətə qalıb.

Bizimyol.info xəbər verir ki, Rusiyada miqrantlar arasında kütləvi işsizlik yaranıb. Qonşu ölkə mətbuatında bu haqda bir neçə yazı diqqət çəkir. Müxtəlif miqrantlarla söhbətlərdə bir ovqat hiss olunur: əcnəbilərin böyük işsizlər ordusu yaranıb, acından ölmək təhlükəsi ilə üzləşiblər.

33 yaşlı Hamet İsmayılova deyir ki, Qırğızıstandan çoxdan gəlib: “Həyat yoldaşım işləmir, qızım oxuyur. Xadimə işləyirdim, amma indi evdə oturmaq məcburiyyətindəyəm. Hər şey pisdir, uşaqlar yemək istəyir. Moskvada çox az tanışımız var. Lap olsa belə, onların da vəziyyəti ağırdır”.

Başqa bir qırğız qadın Aycamay Atanova da çox çətin duruma qaldıqlarını söyləyir. Vəziyyəti ağırlaşdıran həm də 28 yaşlı Qırğızıstan vətəndaşının hamilə olmasıdır: “Restoranda aşpaz idim, koronavirusa görə işsiz qaldım. Həyat yoldaşım da bizi atıb. Uşaqlarımı necə qidalandıracağımı bilmirəm. Qırğızıstana qayıtmaq da olmur”.

Qazaxıstandan gəldiyini deyən 19 yaşlı Çingiz cəmi iki ildir Rusiyadadır. Kuryer işləyirmiş. Pandemiya onu işsiz qoyub. Küçəyə çıxmır. Koronavirusa da inanmır. Çünki minlərlə tanışı arasında bir nəfər belə, virusa yoluxan tanımır.

Rus jurnalistlər tacik miqrantlarla da söhbət edib. Onların vəziyyəti qırğızlardan və qazaxlardan daha yaxşı deyil. Ümumiyyətlə, bütün miqrantlar pandemiya dövrünü ağır keçirir.

Son xəbərlər
Bütün xəbərlər »