Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çini işgəncələrə görə cəzalandıracaq

Aylardır Honkonqda sakitlik yoxdur. Çin hökumətinin milli təhlükəsizliklə bağlı yeni qanun layihəsi bu ərazidə birmənalı qarşılanmır. Honkonqda düşünürlər ki, Çin belə yolla bu ölkəyə nəzarət imkanlarını genişləndirməyə çalışır.

Bizimyol.info xəbər verir ki, ABŞ Asiya dövlətini bu məsələyə görə yeni sanksiyalarla hədələyir. Çünki Honkonqda etirazçılara qarşı çox sərt davranılır, işgəncə faktları var. Təkcə dünən baş tutan etiraz aksiyasında 180 nəfər həbs olunub. Həmin adamlara sonradan işgəncə verilməsi ilə bağlı iddialar səslənir.

Dünyanın ayr-ayrı ölkələrindən olan 200 siyasətçi ortaq bəyanatla çıxış edib. Onlar Çinin Honkonq planını pisləyiblər.

Rəsmi Pekin etirazların amansızlıqla yatırılmasını terrorizmin qarşısının alınması və antidövlət addımlarına imkan verilməməsi kimi qiymətləndirir. Çin həmçinin ABŞ-ı və bir çox Qərb dövlətlərini ölkənin daxili işinə qarışmaqda ittiham edir.

Son xəbərlər
Bütün xəbərlər »