Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya hökuməti “Lufthansa”ya 9 milyard avro verir

Almaniya hökuməti koronavirus pandemiyasından kəskin zərərə düşmüş “Lufthansa” aviaşirkəti ilə yardım göstərilməsi barədə razılığa gəlib.

Bu barədə yerli telekanallara mühasibəsində ölkənin maliyyə naziri Olaf Şolts məlumat verib.

Nazirin sözlərinə görə, söhbət 9 milyard avro dövlət dəstəyindən gedir. Bundan əvvəl yerli KİV-in yaydığı məlumat görə, dövlət 9 milyard avro dəstəyin əvəzində “Lufthansa”nın 20 faiz səhmdarına çevrilir və şirkətin Müşahaidə Şurasının 2 üzvünü təyin etmək səlahiyyəti qazanır.

Qeyd edək ki, pandemiyaya görə 95 faiz uçuşları dayandırmış “Lufthansa”nın saatda 1 milyon avro itirdiyi açıqlanıb. İyun ayından etibarən uçuşların bərpa olunması və həftədə 1,8 minə çatdırılması nəzərdə tutulur. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »