Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Geyimi ilə məşhurlaşan rus tibb bacısı gizlənir - Foto

Rusiyanın Tula şəhər xəstəxanasında işləyən tibb bacısı qeyri-adi geyimi ilə bütün dünyada məşhurlaşıb.

O, alt paltarlarının üstündən şəffaf qoruyucu kostyum geyinməklə özünəməxsus hadisə yaratmışdı.

Rus tibb bacısı

Bundan sonra dünyanın müxtəlif yerlərindən ona mesajlar gəlib, jurnalistlər müsahibə götürməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Tula şəhər xəstəxanasının tibb bacısı gizlənir. Qız məzuniyyətə çıxıb və sosial şəbəkələrdəki bütün hesablarını bağlayıb. Onunla əlaqə saxlamaq mümkün deyil.

Rusiya mətbuatı tibb bacısının kimliyini müəyyənləşdirib. 23 yaşlı Nadejda Jukova Tula xəstəxanasında bir ildir işləyir. Jukova eyni zamanda Ryazan Tibb Universitetində də oxuyur.

Tibb bacısının şəffaf geyimi məmurları qəzəbləndirmişdi. Amma onu müdafiə edən də az olmadı. Tuladan xeyli insan sosial şəbəkə müzakirələrində Nadejdanın qəbahət iş görmədiyini yazır. Onlar belə bir dövrdə tibb işçilərinin qalın geyimdə işləməsinin çox çətin olduğunu qabardırlar. Elə Jukova da istidən soyunduğunu demişdi.

Hətta “Daily Mail” də tibb bacısı haqda müdafiə yazısı dərc etmişdi. Xəstəxananın baş həkimi Anna Savişeva deyib ki, Jukovanın geyiminə yox, işinə baxmaq lazımdır. Tula vilayətinin qubernatoru Aleksey Dyumin tibb bacısı ilə əlaqə saxlayaraq, ona dəstək nümayiş etdirib.

Nadejdanın həmkarı Oksana Drıbo sosial şəbəkələrdə bu şüarla şəkil çəkdirib: “Biz qalereyada şəkil deyilik. Bəsdir bizim fotomuzu çəkdiniz”.

Jukova ortalıqda yoxdur. Amma sosial şəbəkələrdə onun yeni fotoları paylaşılır.

Son xəbərlər
Bütün xəbərlər »