Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik tərkibli bitkilər becərən silahlı narkotacir saxlanılıb

Binə qəsəbəsində narkotik tərkibli bitkilər əkib-becərən silahlı narkotacir saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Rauf Abdulraxmanov saxlanılıb. Ona məxsus Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən evin həyətinə baxış zamanı kultivasiya yoli ilə yetişdirilən yaş halda çəkisi 97 kiloqram 680 qram olan 587 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bundan əlavə oradan 47 ədəd dibçəkdə yeni yetişdirilən çətənə bitkisi və 5 kiloqram 560 qram qurudulmuş marixuana da aşkar olunaraq götürülüb. Rauf Abdulraxmanov ifadəsində narkotik tərkibli bitkiləri aprelın əvvəlində əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Rauf Abdulraxmanovun yaşadığı evdən gizlətdiyi odlu silah-sursat da aşkar edilib. Belə ki, mənzildən ona məxsus 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 3 ədəd sandıqça və 38 ədəd döyüşə yararlı patron aşkar olunaraq götürülüb.

Faktla bağlı 3-cü Polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rauf Abdulraxmanovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »