Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başlanıb
2019-01-12_223625

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumat görə, faktla bağlı Mingəçevir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün Mingəçevirdə “Opel” markalı minik avtomobili kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb.

2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Səccad Məmmədlinin durumu daha ağırdır və o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2015-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Paylaş »
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
Son xəbərlər
Bütün xəbərlər »