Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda həmkəndilisinin evinə basqın edən azərbaycanlı gənc saxlanıldı

Gürcüstanın Marneuli rayonunda qarətdə ittiham olunan 25 yaşlı şəxs saxlanılıb.

“Report” bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Xuldərə kəndinin 77 yaşlı sakininin evinə daxil olaraq ona fiziki zor tətbiq edib. Gənc evdən 1 600 lari pul (500 ABŞ dolları) oğurlayaraq hadisə yerindən qaçıb. Polis onu hadisədən bir neçə saat sonra Marneulidə saxlayıb. Oğurlanan pul maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsin günahı sübuta yetirilərsə, onu 4 ildən 8 ilədək həbs cəzası gözləyir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »