Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə Dövlət Universitetinin sabiq dekan müavininin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin sabiq dekan müavini Yusifov Anar İdris oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclasının davamı isə iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, Gəncə Dövlət Universitetin pedaqoji fakültəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov APA-ya bildirib ki, A. Yusifov barəsində cinayət işi başlanandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »