Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada sutka ərzində koronavirusdan ən az ölüm faktı qeydə alınıb

İtaliyada koronavirus infeksiyasından sağalan xəstələrin sayı 140 479 nəfərə çatıb.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında deyilir.

Son sutka ərzində xəstəxanalardan evə buraxılanların sayı 1639 nəfər olub. Bu müddətdə daha 50 nəfər də virusun qurbanına çevrilib və ölənlərin ümumilikdə sayı 32 785-ə çatıb.

Bu, epidemiya müddətində ölkədə ən az göstəricidir. Eyni zamanda İtaliyada koronavirusun episentri sayılan Lombardiyada bazar günü ölüm qeydə alınmayıb.

Hazırda müalicə müəssisələrində 8613 italiyalı müalicə olunur, son sutkada onların sayı 82 nəfər azalıb.

Epidemiyanın başlanğıcından bu günədək ölkədə ümumilikdə 229 858 nəfər koronavirusa yoluxub, son sutkada yoluxanlar isə 531 nəfərdir. Hazırda 56 594 nəfər virusun daşıyıcısı hesab olunur. (Apa.az)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
Son xəbərlər
Bütün xəbərlər »