Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin baş naziri Binyamin Netanyahunun məhkəmə iclası keçirilib

Qüds Dairə Məhkəməsində İsrailin baş naziri Binyamin Netanyahuya qarşı üç ittiham üzrə ilk iclas keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti bildirib.

Qeyd edilir ki, proses bir saata yaxın davam edib, növbəti iclasın tarixi hələ təyin olunmayıb.

Qəzetin məlumatına görə, Netanyahu müvafiq qaydaya uyğun olaraq iclasın başlanğıcında hakimlərə ona qarşı irəli sürülmüş ittihamların mahiyyətini anladığını bildirib. “Times of Israel” qeyd edib ki, jurnalistlər iclas zalını tərk etməyincə baş nazir müttəhimlər kürsüsündə əyləşməyib. KİV-in nümayəndələrinin çəkiliş aparmalarına icazə verilməyib.

Netanyahu bütün prosesin canlı yayımlanmasında israrlı olub, amma hakim bundan imtina edib. Məhkəmənin zalında iyirmi nəfər olub, onlar koronavirusun yayılmasının qarşısının alınması üzrə tədbirlərə uyğun olaraq qoruyucu maskalarda olublar.

Müdafiə tərəfinin vəkilləri hakimə bildiriblər ki, iş materialları ilə tanış olmaq üçün onlara iki və ya üç ay lazımdır. Dövlət ittihamçısı isə deyib ki, indiyə qədər kifayət qədər vaxt olub, çünki ölkənin baş prokuroru Avixay Mandelblit hələ 28 fevral 2019-cu ili baş nazirə qarşı ittihamlar irəli sürmək niyyəti haqqında bildirib.

İclasın sonunda dövlət prokurorunun müavini Liat Ben-Ari bildirib ki, əgər müdafiə tərəfindən müvafiq sorğu daxil olsa, növbəti iclasda ittiham edilən şəxsin olmamasına etiraz etmir. Məhkəmə kollegiyasının sədri Rivka Fridman-Feldman məhkəmənin növbəti iclasın tarixi haqqında tərəflərə məlumat verəcəyini deyib.

Netanyahu iclasın başlanmasından əvvəl məhkəmə binasında bildirib ki, baş nazirə qarşı sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar sağların nümayəndələri tərəfindən onun ölkədə hakimiyyətdən kənarlaşdırılması məqsədilə quraşdırılıb.

"Bütün sağ düşərgə bu gün müdafiə edilən tərəf kimi müqəssirlər skamyasında oldu. Mən məhkəməyə gəldim", - o deyib.

Son xəbərlər
Bütün xəbərlər »