Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı

Dünyanın ayrı-ayrı ölkələrində aparılan sorğular göstərir ki, insanların koronavirusa inamı böyük deyil. Bunu oyun sayanlar çoxdur. Amma “New York Times” ortaya konkret fakt qoyub.

Bizimyol.info xəbər verir ki, ABŞ qəzeti yeni sayında virusdan ölən 100 min nəfərin adlarını paylaşıb. Təkcə ilk səhifədə 1000 nəfərin adı yer alıb. Qalan məlumatlar arxa səhifələrdə yerləşdirilib.

Əsas işi qəzetin redaktorlarından Simone Landon görüb. O, həftələrlə ölkənin bütün qəzetlərinə nəzər salaraq, adları toplayıb. Beləcə, ümumi siyahı yaranıb.

Landon addımını belə izah edir: “Hər bir insan özəl və əvəzolunmazdır. Onları xatırlamaq üçün etdik”.

Siyahıda başqa ölkələrdə həyatını itirənlərin də adları var. Çünki indiyə qədər ABŞ-da virusun həyatına son qoyduğu insanların sayı 100 minə çatmayıb.

Son xəbərlər
Bütün xəbərlər »