Mayın başa çatmasına çox qalmayıb. Yayın ilk ayı sayılan iyun gəlir. Bəs iyunda ayrı-ayrı bürcləri nə gözləyir?
Bizimyol.info bütün bürclər barədə məlumat təqdim edir.
Qoç – Ayın ilk yarısı çox uğurlu keçməyəcək. Ümumiyyətlə, uğurlarına çoxları paxıllıq edir. İntriqa və şər Qoçun rahatlığını pozur.

Buğa – İyunda taleyin hədiyyəsini gözləmək lazım deyil. Bu aralar Buğaların işləri qaydasında getmir.

Əkizlər – Xüsusilə işlə bağlı eksperimentlərdə uğur əldə edə bilərlər. Hansısa ideya varsa, həyata keçirməyin tam zamanıdır.

Xərçəng – Ad günü yaxınlaşanda bütün bürclərin başı üzərində buludlar bir az sıxlaşır. Xərçəng iyunun son dekadasında yeniliklər və xəbərlər gözləsin.

Şir – İki dovşanın arxasında qaçaraq, güc itirməyin mənası yoxdur. Əslində, iyun Şir üçün uğurlu aydır.

Qız – İş təşəbbüslərinin sərhədlərini genişləndirmək üçün çox uyğun vaxtdır. Yeni tanışlıqlar da faydalı ola bilər.

Tərəzi – Ciddi başlanğıc üçün yaradıcı ovqatı düzgün istifadə etmək lazımdır. Bacarığı ortaya qoymaq yalnız fayda verəcək.

Əqrəb – İyunun əvvindəki gərginliyə baxmayaraq, yaxşı ovqatı qorumaq vacibdir. Nikbinliyin ziyanı yoxdur.

Oxatan – Oxatan insanları pis tanımır. Bu bəzən manipulyasiya imkanları da verir.

Oğlaq – Dünyanı xilas etmək hissi onları heç vaxt tərk etmir. İyunda da münaqişələrin həllinə çalışacaqlar.

Dolça – Yay emosional planda gərgin başlayacaq. Şəxsi həyatda işlərin qaydasında getməməsi Dolçanın kefini çox pozacaq.

Balıqlar – Balıqlar da yaya emosional başlayacaq. Hər ehtiyatsız söz böyük davaya səbəb ola bilər.
