Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya televiziyası yoxa çıxan Kim Çen Inın kadrlarını göstərib

Şimali Koreya lideri Kim Çen In üç həftəlik fasilədən sonra yenə gözə dəyib. Amma yalnız yerli televiziyada.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya televiziyası ölkə rəhbərinin kadrlarını göstərib. Burada Kim Çen Inın Koreya Əmək Partiyasının mərkəzi hərbi komitəsinin iclasını keçirdiyi əks olunub. İclas milli müdafiə qüvvələrinin gücləndirilməsi ilə bağlı tələblərin müzakirəsinə həsr edilib. Kim Çen In nüvə müharibəsinin daxili və xarici siyasətdəki yerindən xüsusi danışıb.

Qərb mətbuatı kadrlara şübhə ilə yanaşıb. Çünki iclasın dəqiq nə vaxt keçirildiyi bilinmir. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi fotolar paylaşıb və prezidentin 23 may tarixli fərmanları barədə məlumat verib.

Kim Çen Inın yoxa çıxması haqda ilk dəfə hələ apreldə söz-söhbət yayılmışdı. Liderin Şimali Koreyanın yaradıcısı sayılan babası Kim İr Senin doğum günü tədbirlərində görünməməsi çox şübhəli sayılmışdı. O, bir də mayın 1-də ictimaiyyət arasında gözə dəymişdi. Həmin gündən bəri Kim Çen Indan yenə bir xəbər çıxmamışdı.

Son xəbərlər
Bütün xəbərlər »