Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı

“Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb.

23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb.

COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib.

Mark Zukerberq Mark Zukerberq / Foto: Wikimedia Commons

Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb.

Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəhbəri Ceff Bezos göstərilən müddətdə 29,9 milyard qazanaraq kapitalını 146,9 milyard ABŞ dollarına qədər artırıb.

Ceff Bezos Ceff Bezos

Dünyanın ən varlı 25 iş adamının cəmi sərvəti 1,5 trilyon ABŞ dollarına çatıb. Jurnalistlərin fikrincə, bu, bütün “Forbes” milyarderlərinin sərvətinin 16 faizini təşkil edir. (Report.az)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »