Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukraynada koronavirusa yoluxanların sayı 30 minə çatır
Koronavirus

Ukraynada daha 406 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 20 986-ya çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 617-yə yüksəlib.

İndiyədək Ukraynada 7 mindən çox xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
Son xəbərlər
Bütün xəbərlər »