Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksikada güllələnmiş 12 nəfərin meyiti aşkarlandı

Meksikanın cənub-qərbində, Miçoakan və Herrero ştatlarını birləşdirən yolda avtomobildə odlu silahdan açılan atəşlə öldürülən 12 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Terrero Prietoya tərəf gedən yolda 12 meyitin aşkarlanmasından sonra Müdafiə Nazirliyi və Milli Qvardiya ilə əlaqəli şəkildə Uetamo bələdiyyəsində operativ hərəkətləri gücləndirdik", - Miçoakan ştatının İctimai Təhlükəsizlik Nazirliyinin xəbərində deyilir.

KİV-in məlumatına görə, avtomobilin yük yerində güllələnmiş insanların tanınmaz hala düşən meyitləri ilə birlikdə karton parçasında iki silahlı qruplaşma arasındakı müharibə haqqında yazılmış xəbərdarlıq da aşkarlanıb.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »