Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə Akademiya tərəfindən sınaq onlayn imtahan təşkil edilib. Sınaq onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak edib.

Bizimyol.info xəbər verir ki, Akademiyadan verilən məlumata görə, bununla yanaşı, Akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında bir daha geniş məlumat verilib, prosesin detalları izah edilib və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.

Paylaş »
››› Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Müsəlman ata xristianlığı qəbul edən qızını yandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda icra başçısı sahədə kartof yığıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »