Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda güclü külək altı ağacı aşırıb

Hazırda müşahidə edilən güclü küləklə bağlı paytaxt sakinlərindən ağacların altında dayanmamaları xahiş olunur.

Bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O bildirib ki, paytaxt, eləcə də, regionlarda mövsümə uyğun olmayan hava şəraiti müşahidə edilir:

"Güclü küləklə əlaqədar paytaxtın Nəsimi, Yasamal, Nəriman Nərimanov, Xətai, Sabunçu, Suraxanı rayonları ərazisində ümumilikdə altı ağac aşıb. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür".

Ağac aşdı

O.Məmmədov əlavə edib ki, sakinlər ağacların altından keçərkən diqqətli olsunlar:

"Vətəndaşlar hündür, iri gövdəli ağacların altında avtomobil park etməsinlər, ağacların altından keçən zaman diqqətli olsunlar. Mövsüm ilə əlaqədar olaraq, ağaclar daha çox inkişafdadır və yaşıl kütlələri çoxdur. Bu səbəbdən payız və qış fəsillərinə nisbətən bu mövsümdə güclü külək səbəbindən ağacların aşma təhlükəsi daha çoxdur. Xahiş olunur ki, bu məqamları nəzərə alaraq diqqətli olsunlar".

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »