Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da bir günə 23 mindən çox insan koronavirusa yoluxub

ABŞ-da son sutka ərzində 23 mindən çox yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 1,2 mindən çox insan virusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, habelə KİV-in və digər açıq mənbələrin məlumatlarını toplayaraq hesabat aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ABŞ-da 23 790 yeni yoluxma hadisəsi qeydə alınıb. Son 24 saat ərzində ABŞ-da 1 277 nəfər koronavirusun qurbanı olub.

Universitet məlumatına görə, ABŞ-da ümumilikdə 1,6 milyondan çox insan koronavirusa yoluxub, 96 mindən çox ölüm faktı qeydə alınıb. 350 mindən çox insanın isə sağaldığı qeyd olunur.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »