Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın xəstəxana direktoru ermənistanlı nazirin üzr istəməsini tələb edib

Gürcüstanın İnfeksiyon Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya xəstəxanasının direktoru Tengiz Tsersvadze Ermənistanın Səhiyyə naziri Arsen Tolosyanın üzr istəməsini tələb edib.

APA-nın yerli bürosu xəbər verir ki, T.Tsersvadze erməni nazirin Gürcüstanda aparılan koronavirus testlərinin keyfiyyətinin şübhəli olması ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəməli olduğunu deyib. Bildirib ki, erməni nazir ya səsləndirdiyi fikirləri rəsmi statistik məlumatlarla sübut etməli, ya da Gürcüstandan üzr istəməlidir:

“Biz düşünmürük ki, Arsen Tolosyan bizə bu sahədə nəsə öyrədə bilər. Yüksək vəzifəli dövlət məmuru heç bir arqument olmadan bu cür bəyanat verməməlidir. Gürcüstanda COVİD-19 xəstələri ən yüksək beynəlxalq standartlar əsasında müəyyən edilir və qeydiyyata alınırlar. İstifadə etdiyimiz testlərin keyfiyyətinə bu vaxtadək heç bir beynəlxalq təşkilat və ya ekspert tərəfindən şübhə edilməyib. Biz düşünürük ki, nazir ya fikirlərini dəstəkləyən arqumentləri göstərməli, ya da üzr istəməlidir. Ümumi mənzərəyə baxsaq, mayın 22-də Ermənistanda 6302 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 77 nəfər vəfat edib”,- deyə T. Tsersvadze bildirib.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin Direktoru Amiran Qamkrelidze də bildirib ki, o, A.Tolosyanı şəxsən tanıyır və belə bir bəyanat verməsini təəccüblə qarşılayıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını, aparılan testlərin sürətli testlər olduğunu və keyfiyyətinin şübhəli olduğunu deyib. İddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, xüsusilə də yük maşını sürücülərində “COVID-19” virusuna çox sayda yoluxma halları müəyyən olunub.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »