Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan velosiped idxalını artırıb
Velosiped

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2,2 mln. ABŞ dolları dəyərində 54 390 ədəd ikitəkərli və digər növ mühərriksiz velosipedlər idxal edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,4%, miqdar baxımından isə 30,8% çoxdur.

Ölkəyə ən çox velosiped Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 2,1 mln. dollar dəyərində 53 639 ədəd velosiped idxal edib.

Çindən sonra idxal üzrə siyahıda Rusiya gəlir. Qonşu ölkə bu ilin üç ayı ərzində Azərbaycana 61,4 min dollar dəyərində 723 velosiped ixrac edib.

İdxalda ən aşağı pay sahibi isə Tayvan olub. Bu ölkədən Azərbaycana 0,18 min dollar dəyərində cəmi 1 ədəd velosiped idxal olunub.

Paylaş »
››› Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Müsəlman ata xristianlığı qəbul edən qızını yandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda icra başçısı sahədə kartof yığıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »