Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkirdə narkotik satanlar da, alanlar da saxlanıldı

Şəmkir rayonunda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə,  Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Beləki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri

Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman M. Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram narkotik vasitə olan “heroin”, Z. Əmiraslanovun üzərindən isə 1 ədəd sellofan

bükümdə çəkisi 0.478 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Əliyevin olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd kağız bükümdə təmiz çəkisi 4.809 qram heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı R.Əliyev narkotik vasitələri satmaq məqsədi iləİlham adlı İmişli rayon sakinindən aldığını bildirib. Şəmkir və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Qəhrəmanov saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram narkotik vasitə olan heroin aşkar olunub.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »