Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Fələstin və İsrail liderləri arasında Moskvada görüş təşkil etməyə hazırıq

Rusiya Fələstin Prezidenti Mahmud Abbas və İsrail Baş naziri Benyamin Netanyahu arasında Moskvada görüş təşkil etməyə hazırdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixayil Boqdanov, Fələstin "Fətah" hərəkatı Mərkəzi Komitəsinin üzvü Hüseyn əl-Şeyx ilə telefon söhbətində deyib.

"Telefon söhbətində Rusiya rəhbərliyinin daha əvvəl də heç bir şərt olmadan Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunun fərdi görüşünün keçirilməsi ilə bağlı təklifinin aktual olduğu vurğulanıb", - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Söhbət zamanı "Fətah" nümayəndəsi Fələstin rəhbərliyinin İsrail ilə münasibətlərə dair son qərarları barədə məlumat verib.

Söhbət Fələstin tərəfinin təşəbbüsü ilə baş tutub.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »