Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Formula 1" komandaları büdcə limitinin azaldılmasına razı oldular

"Formula 1" komandaları koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar olaraq xərcləri azaltmaq üçün bir sıra tədbirlər görməyə razılıq veriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, komandalar büdcə limitinin azaldılması üzrə planın qəbul edilməsinin lehinə səs veriblər. Gələn il bu məbləğ 145 milyon ABŞ dolları, 2022-ci ildə isə 140 milyon dollar olacaq.

Büdcə limiti 2023-cü ildən 2025-ci ilədək 135 milyona endiriləcək.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Daha əvvəl 2021-ci il üçün büdcə limiti 175 milyon dollar təyin edilib.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »