Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir nəhəng şirkət müflis oldu - 150 ölkədə biznesi vardı

Dünyanı bürüyən böhran bir çox şirkətlərin axırına çıxır. Çoxlu sayda şirkətlər özünü müflis elan edir.

Amma sonuncu müflisləşmə indiyə qədər müşahidə olunan proseslərin ən böyüyüdür. Bizimyol.info xəbər verir ki, ABŞ-ın Hertz Global şirkəti müflisləşmə prosesinə başladığını açıqlayıb.

Şirkət transmilli xarakter daşıyır. Avtomobillərin icarəsini həyata keçirən şirkət illərdir bu sahədə liderliyini qoruyub saxlayırdı. Hertz Global şirkətinin göstəriciləri hər kəsi heyrətə gətirə bilərdi: 150 ölkədə 10 mindən artıq məntəqəsi olan şirkətin sərəncamında 500 mindən artıq avtomobil vardı. Bu avtomobillərin icarəsini təşkil etmək üçün şirkətdə 36 min işçi çalışırdı.

Özünü müflis elan etsə də, şirkətin sözçüsü bildirib ki, onlar biznesdə qalacaqlar. Müflisləşmə prosesindən şirkəti yenidən qurmaq üçün yararlanacağını iddia edən rəhbərlik biznesə daha sağlam şəkildə qayıdacaqlarını deyib. Bununla belə tarix göstərir ki, adətən, müflisləşmə prosesindən sonra biznesə qayıtmaq planları uğursuz olur.

Şirkət rəhbərliyi bu qərarı dünya iqtisadiyyatını qəfildən yaxalayan böhranla izah edib. Səfərlərin azalması avtomobil icarəsinə tələbatı kəskin azaldıb və bu vəziyyətin nə qədər davam edəcəyi də bilinmir.

Qeyd edək ki, JCPenney, Neiman Marcus və J.Crew kimi pərakəndə ticarət şirkətləri, həmçinin Whiting Petroleum və Diamond Offshore Drilling kimi enerji şirkətləri də müflisləşmə prosesinə başlayıblar. Amma Hertz Global bu şirkətlərlə müqayisədə daha böyük idi. Hertz avtomobil icarəsi biznesinin pioneri sayılırdı.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »