Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
DİM: Abituriyentlərdən ərizə qəbulu iyunun 5-dək davam edəcək
Dövlət İmtahan Mərkəzi

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəsini təsdiq edib. Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 55597-si cari ilin, 8019-u isə əvvəlki illərin məzunlarıdır. Ərizəsini təsdiq etmiş abituriyentlərdən 32004-ü kişi, 31612-si isə qadındır.

Məlum olduğu kimi, mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib. Abituriyentlərin ərizələrinin qəbulu artıq 13-cü ildir ki, elektron formada DİM-in saytı vasitəsilə aparılır.

Abituriyentlərin təqribən 99%-ə yaxını (62669 nəfər) ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 1% (947 nəfər) abituriyent (əsasən 2011 və daha əvvəlki illərin məzunları) elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Xatırladaq ki, DİM-in Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri-iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.

Paylaş »
››› İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› BDU-nun daha bir tanınmış müəllimi vəfat edib
››› Daha bir rayon su böhranı ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »