Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çin Türkiyəyə qaçan uyğur türklərini geri istəyir
Çin Türkiyəyə qaçan uyğur türklərini geri istəyir

Çin-ABŞ münasibətləri hər gün bir az da gərginləşir. Vaşinqtonun Tayvanı tam müstəqil dövlət kimi qəbul etməsi Çini özündən çıxarıb. ABŞ uyğur türklərinə təzyiqləri də gündəmə gətirib.

Bizimyol.info xəbər verir ki, Senatın Xarici Münasibətlər Komitəsi Çinin Türkiyədən qardaş ölkəyə sığınan uyğur türklərini geri istəməsi barədə məlumat yayıb. Çin zülmündən Türkiyəyə üz tutan uyğurlardan birinin başına gələnlər araşdırma üçün əsas verib. Komitənin iddiasına görə, Asiya ölkəsi Ənvər Turdini tələb edib və istəyinə çatmaq üzrədir.

Turdi 2012-ci ildə uyğur türklərinə təzyiqləri ictimailəşdirdiyindən, Pekinin qəzəbinə tuş gəlib. O, turist vizası ilə ölkədən qaçmağı bacarıb. Ənvərlə eyni mövqeyi bölüşən iş yoldaşlarından biri həbs olunub. Çinin Türkiyədəki səfirliyi 2014-cü ildə Turdinin pasportunu yeniləməkdən boyun qaçırıb. Üstəlik, Türkiyədə də onun oturum müddətini uzatmaq istəməyiblər. ABŞ Ankaranın Pekinin maraqlarına uyğun davrandığını iddia edir.

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› 13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başlanıb
››› İtaliyada sutka ərzində koronavirusdan ən az ölüm faktı qeydə alınıb
Son xəbərlər
Bütün xəbərlər »