Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda insult mərkəzlərinin qurulmasına ehtiyac var” - Həkim

“Azərbaycanda insult mərkəzlərinin qurulması vacibdir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

Nuran Abdullayev Nuran Abdullayev

N.Abdullayev qeyd edib ki, o, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin imkanlarından istifadə edərək Bakıya Almaniyanın bu sahədə ən tanınmış professorlarını dəvət edib birgə konqreslər keçirib: “Bu tədbirlər çərçivəsində mənə və eləcə də Almaniyadan olan qonaqlara məlum oldu ki, həmin mərkəzlərdə Azərbaycanda elmi fəaliyyətlə yanaşı, insanların sağlamlığına yüksək səviyyədə xidmət olunacaq. 2016-cı ildən əlimdən gəldiyi qədəri ilə dəstək oluram ki, Azərbaycanda insult mərkəzlərinin qurulmasının vacib olduğunu hər kəs anlasın. Almaniyada 1996-cı ildən belə mərkəzlər qurulub.

Bugünə qədər COVID-19 dan ölənlərin sayı Azərbaycanda 1 ildə insultdan ölənlərin sayından 170 dəfə azdır. Sizcə hansı təhlükəlidir?! COVID-19 yoxsa beyin insultu? Unutmayın COVID-19 virusdur birgün bitəcək, amma insult virus deyil ömürlük bizimlədir”.

Ramid İbrahimov

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »