Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In hələ də üzə çıxmayıb

Şimali Koreyada Kim Çen In müəmması davam edir. Ölkə lideri son iki ayda ikinci dəfədir uzun müddətə qeyb olur.

Bizimyol.info xəbər verir ki, Kim Çen In hələ də üzə çıxmayıb. Dövlət başçısı axırıncı dəfə mayın 1-də ictimaiyyət arasında görünüb. Kim Çen In gübrə fabrikinin açılışında iştirak etmişdi. Bu hadisə ilə bağlı kadrlar KXDR televiziyasında bir gün sonra göstərilmişdi.

Hadisəyə daha çox Cənubi Koreya şərh verir. Koreyanın Birləşdirilməsi Nazirliyinin rəhbəri Yo Sanq-Ki brifinqdə qonşu ölkə haqda danışıb. Cənubi Koreya rəsmisi Kim Çen Inın tez-tez itməyi şakərə çevirdiyini bildirib. Onun sözlərinə görə, KXDR lideri hətta yanvarda da 21 gün gözə dəyməmişdi.

Kim Çen apreldə babası Kim İr Senin ad günü tədbirlərində görünməyincə, böyük söz-söhbət ortaya çıxmışdı. Liderin hətta ölüm xəbəri də yayılmışdı.

Mayın 19-da Şimali Koreyanın rəsmi mətbu orqanı “Nodon Sinmun” Kim Çen Inın hətta gecələr də yatmayaraq ölkənin çiçəklənməsi üçün işlədiyini yazmışdı.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »