Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi məktəblərə sənəd qəbulunun tarixləri açıqlandı

Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan əvvəl sənəd qəbulu aparır və tibbi komissiyalar keçirir. Sənəd qəbulu və komissiyalar Bakıda - akademiyaların özündə aparılır.

2020-2021-ci tədris ili üçün elan edilən sənəd qəbulu tarixləri koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejiminə, yəni mart-aprel aylarına təsadüf edib. Yəni bölgələrdən Bakıya gəlmək mümkün olmadığı üçün qeydiyyatdan keçə bilməyən abituriyentlər olub.

“Report” bölgələrdə yaşayan və qeydiyyatdan keçə bilməyən abituriyentlər üçün akademiyalara sənəd qəbulunun necə aparılması ilə maraqlanıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, abituriyentlərə bir həftə bundan öncə müraciət edildiyi qeyd edilib.

Bildirilib ki, mayın 12-dən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlanılıb Qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək DİM-in saytında (www.dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər. Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq [email protected][email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur. Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Azərbaycan Dövlət Dəniz Akademiyasından (ADDA) "Report"a bildirilib ki, Akademiyaya qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may 5 iyun tarixi aralığında DİM-in rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilib. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul xüsusi tibbi yoxlama aparılmadan keçiriləcəkdir. Tələbə adını qazanmış abituriyentlər yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, DSX-nin akademiyasına sənəd qəbulu mart ayının 15-dək DSX Akademiyasında (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və yaxınlıqda yerləşən hərbi hissələrdə (bölgələrdə yaşayan vətəndaşlar üçün) qeydiyyat aparılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a deyilib ki, FHN-in Akademiyasına sənəd qəbulu daha əvvəl - aprel ayında aparılması ilə bağlı məlumat verilsə də, pandemiya ilə əlaqədar tarixlər dəyişdirilib.

Belə ki, sənəd qəbulu iyun ayının 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə FHN-in Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Abituriyentlər aşağıda qeyd edilən telefon, “WhatsApp” və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

WhatsApp: (050) 226 77 41

Email: [email protected]

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »