Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
Koronavirus

Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2399 nəfər müalicə olunaraq sağalmış, 46 nəfər vəfat etmiş, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 test aparılmışdır.

Paylaş »
››› “Postların yığışdırılması karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən daha bir açıqlama
››› TƏBİB-dən AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı açıqlama
››› Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub
Son xəbərlər
Bütün xəbərlər »