Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə qoyun oğruları saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinə vətəndaşa məxsus şəxsi təsərrüfatdan naməlum şəxs və ya şəxslər tərəfindən 12 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin rayonun Kürd kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanov olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər heyvanları oğurladıqdan sonra A.Aslanova məxsus həyətyanı sahədəki tövlədə gizlədiblər. Xırdabuynuzlu heyvanlar həmin yerdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »