Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ən ucqar kəndlərdə də xidməti gücləndirir
Azərişıq

Cəlilabad rayonunun ən ucqar 7 kəndində elektrik enerji sistemi tamamilə yenidən qurulur.

Bizimyol info xəbər verir ki, “Azərişıq”ın mətbut xidmətindən verilən məlumata görə, ASC tərəfindən “Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası- ümumilikdə 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.

Rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib. İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra “Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur.

Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transfarmator məntəqələri tamamilə yenilənəcək.

Mərhələli şəkildə yenilənmə prossesi 7 kənddə icra olunacaq.

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› 13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başlanıb
››› İtaliyada sutka ərzində koronavirusdan ən az ölüm faktı qeydə alınıb
Son xəbərlər
Bütün xəbərlər »