Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə pilotsuz təyyarələri Suriyanın ardınca Liviyada kartları qarışdırır

Türkiyə Suriyanın ardınca Liviyada özünün milli istehsalı olan pilotsuz döyüş təyyarələri ilə vəziyyəti kəskin dəyişdirməyə nail olub. Xəbər verildiyi kimi, Türkiyənin dəstəklədiyi Milli Barışıq Hökuməti Liviyada qiyamçı feldmarşal Xəlifə Haftarın Milli Ordusuna qarşı son həftələrdə ciddi nailiyyətlər əldə edib. Haftarın ordusunu Tripoli ətrafındakı strateji aviabazadan vurub çıxarıb və feldmarşalın paytaxtı tutmaq planlarının üstündən ən azından yaxın perspektivlər üçün xətt çəkib.

Bu döyüşlərdə vəziyyətin Milli Barışıq Hökumətinin xeyrinə kəskin dəyişməsində Türkiyənin hərbi dəstəyi əsas rol oyanyıb. Xüsusən də Türkiyənin Liviyada tətbiq etdiyi pilotsuz döyüş təyyarələri Haftarın ordusunu ciddi itkilərə məruz qoyub. Bu əməliyyatlarda Türkiyəin pilotsuz uçan çoxməqsədli taktiki komplekslərinin (“Bayraktar TB2”) rolu haqda indi xarici KİV-lər və hərbi ekspertlər geniş bəhs etməkdədir.

Belə ki, bu pilotsuz döyüş təyyarələri Haftarın ordusunun sərəncamında olan və geniş reklam edilən “Pantsir” Rusiya raket-top komplekslərini əsl “soyqırıma” məruz qoyub. “Defese Express” qeyd edir ki, son gülər Türkiyənin zərbə pilotsuz təyyarələri Liviyada azı 7 “Pantsir S1” kompleksini məhv edib. Bu haqda videolar internetdə yayılıb. Sayt Türkiyə PUA-larının Liviyada “Pantsir” komplekslərini “soyqırıma məruz qoyduğunu” vurğulayır. Hərçənd “Anadolu” agentliyi feldmarşal Haftarın 9 “Pantsir” itirdiyini bildirir. Daha bir “Pantsir” kompleksi isə Milli Marışıq Hökumətinin qüvvələri tərəfindən salamat ələ keçirilib.

Liviyada döyüşlərin bu cür gedişi feldmarşalı dəstəkləyən rəsmi Moskvanı məcbur edib ki, tərəfləri dərhal atəşi dayandırmağa və BMT-nin vasitəçiliyi altında siyasi nizamlama prosesinə başlamağa çağırsın. Belə bəyanatla ötən gün Rusiya XİN çıxış edib. KİV-lər diqqəti belə məqama cəlb edirlər ki, Moskvanın bəyanatı Haftarın ordusunun Tripolinin 140 kilometrliyindəki hərbi hava bazası üzərində nəzarəti itirməsindən dərhal sonraya təsadüf edib.

Bəlli olduğu kimi Liviya münaqişəsində Türkiyə BMT-nin tanıdığı Milli Barışıq Hökumətini dəstıkləyir və prezident Ərdoğan bu hökumətin müraciəti əsasında Liviyaya hərbi dəstək verir, bu ölkəyə məhdud hərbi kontingent və silahlar, o cümlədən PUA-lar göndərib.

Rusiya isə feldmarşal Haftarın tərəfindədir və onu dəstəkləmək üçün “Kremlin aşbazı” kimi tanıan oliqarx Yevgeni Priqojinə bağlı “Vaqnerin ordusu” özəl hərbi şirkətinin muzdlularını Liviyaya göndərib. O cümlədən Moskva fəal şəkildə Haftarın qüvvələrinə silah və hərbi texnika verir. Həmi “Pantsir” kompleksləri isə Haftara Türkiyənin pilotsuz aparatları ilə mübarizə üçün verilmişdi. Lakin görüdüyü kimi, həmin komplekslər faktiki olaraq Türkiyə PUA-larına qarşı işə yaramayıb. Baxmayaraq ki, Rusiya “Pantsir” komplekslərini Suriya müharibəsindəki roluna görə geniş reklam edirdi.

Tripoli ətrafında məruz qaldığı sarsıdıcı məğlubiyyətdən sonra feldmarşal Haftar təcili olaraq toparlanmağa və Türkiyə hərbi qüvvələrini də hədəf almaqla Milli Barışıq Hökumətinin ordusuna qarşı genişmiqyaslı əks-hücuma başlamağa hazırlaşır. Son məlumatlara görə, Haftara dəstək üçün Suriyadakı Hmeymim aviabazasından liviyaya azı 8 MiQ-29 və Su-24 təyyarələri göndərilib. Aydın məsələdir ki, Rusiya Liviya müharibəsini belə asanlıqla uduzmaq niyyətində deyil və nəyin bahasına olursa olsun vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq.

Bütün bunlar, yəni Liviyada baş verənlər isə Azərbaycan baxımından daha çox Türkiyə pilotsuz döyüş komplekslərinin tətbiqi baxımından maraq doğurmaqdadır. Bəlli olduğu kimi bu ilin əvvəllərində Suriyada Bəşər Əsəd qüvvələrinin Rusiya aviasiyasının və muzdlularının geniş dəstəyi ilə İdlib bölgəsində genişmiqyaslı hücumunun qarşısı Türkiyənin bir neçə tip pilotsuz döyüş təyyarələrinin kütləvi tətbiqi ilə alınmışdı. Həmin döyüşlər zamanı Türkiyə ordusu dünya hərb tarixində ilk dəfə süni intellektlə idarə olunan zərbə dronlarının sürü halında, yəni kütləvi tətbiqini həyata keçirmişdi. Nəticədə Əsəd ordusu çoxsaylı hərbi texnika və canlı qüvvə itirərək hücumu davam etdirmək iqtidarını itirdi, sonrakı proseslər isə Ərdoğanla Putin arasında İdlibdə atəşkəsə dair Soçi anlaşmasının əldə edilməsi ilə nəticələndi. O zaman Türkiyə ordusunun zərbə dronlarından və PUA-ların müxtəlif tiplərindən istifadəsi dünyada geniş rezonansa səbəb oldu. Və Türkiyə PUA-lar sahəsində faktiki olaraq dünya lideri kimi tanındı.

Virtualaz.org həmin hadisələr zamanı Azərbaycanın Türkiyə ilə son illər xeyli genişlənən hərbi-texniki əməkdaşlığında qardaş ölkənin milli istehsalı olan pilotsuz döyüş komplekslərinə ağırlıq verilməsinin zərurəti barədə yazmışdı.

Daha sonra müdafiə naziri Zakir Həsənov keçirdiyi xidməti müşavirə zamanı Türkiyədən PUA-ların əldə edilməsinə dair danışıqlar getdiyinə eyham vurdu.

İndi Liviya döyüşləri Türkiyənin istehsalı olan pilotsuz sistemlərin-həm süni intellektlə idarə olunan kiçik zərbə dronlarının, həm “Bayraktar” tipli daha dağıdıcı raketlərlə silahlanmış döyüş komplekslərinin Azərbaycan ordusunun silahlanmasına sürətlə daxil edilməsinin əhəmiyyətini bir daha ortaya qoyur. Bu silahlar Qarabağda potensial hərbi əməliyyatlar teatrında düşmənin hava hücumundan müdafiə sistemlərinə və çox güvəndiyi operativ-taktiki raket komplekslərinə qarşı da çox effektli ola bilər. Məsələn, işğalçıların Laçın istiqamətində yerləşdirdiyi S-300 (söhbət Rusiya ordusunun silahlanmasından çoxdan çıxmış köhnə versiya komplekslərdən gedir) zenit-raket sistemləri batareyasını və Ağdərə dağlarında yerləşdirilmiş S-125 “Peçora” zenit-raket komplekslərini “Bayraktar”ın daşıdığı dəqiq raketlərlə sıradan çıxarmaqla Azərbaycan aviasiyasının işğal edilmiş ərazilər üzərində maneəsiz uçuşlarını təmin etmək, bununla da döyüş əməliyyatlarında vəziyyəti radikal şəkildə dəyişmək mümkündür.

Yəqin ki, Azərbaycan ordusunun mütəxəssisləri müasir müharibələrdə getdikcə daha çox söz sahibinə çevrilməkdə olan PUA-ların rolunu davamlı olaraq təhlil edirlər və Türkiyə milli hərbi sənayesinin bu sahədə dünyanı təəcübləndirə bilmiş nailiyyətlərini də nəzərdən keçirirlər.(Virtualaz.org)

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »