Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Baş naziri istefa verməkdən imtina etdi

Yaponiyanın Baş naziri Sindzo Abe Tokio prokuroru Hiroma Kurokavanın qalmaqallı istefasına baxmayaraq, vəzifəsindən ayrılmaq niyyətində olmadığını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hökumət başçısı müvafiq bəyanatla bu gün Yaponiya parlamentinin aşağı palatasının komitə iclasında çıxış edib.

“Üzərimdə yeni növ koronavirusun yayılmasının qarşısını almaq, vətəndaşların həyatını və sağlamlığını qorumaq, eləcə də şirkətlərin fəaliyyətinin davamlılığını təmin etmək missiyası var”, - S.Abe deyib.

Qeyd edək ki, daha əvvəl parlament iclası zamanı müxalif deputatlar prokurorun hərəkətlərinə görə baş nazir Abe və Ədliyyə naziri Masako Morinin heç bir məsuliyyətə cəlb edilmədiklərinə görə hökumət başçısını tənqid etmişdilər.

H.Kurokawa mayın 21-də istefa verib və Yaponiya Nazirlər Kabineti dünən istefanı təsdiqləyib. İstefanın səbəbi koronavirus pandemiyası səbəbi ilə elan edilmiş ümummilli fövqəladə vəziyyət rejimi dövründə prokurorun qumar oynaması ilə bağlı qalmaqal olub.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »