Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə Qarabağ Komitəsinin yaradılması təklifinə deputatdan açıqlama

Verilən məlumata görə, Qarabağ Azadlıq Təşkilatı Milli Məclisə müraciət ünvanlayıb. Həmin müraciətdə Milli Məclisdə Qarabağ Komitəsinin Qarabağ fraksiyasının yaradılması və Qarabağla bağlı ictimai dinləmələrinin keçirilməsi yer tutur.

Məsələ ilə bağlı Bizimyol.info Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadədən açıqlama alıb.

Aydın Mirzəzadə

“Konkret olaraq Qarabağ məsələsilə bağlı dinləmələrin keçirilməsini məqbul hesab edirəm. Onu da deyim ki vaxtaşırı belə bir təşəbbüslər olub. Baxmayaraq ki, Milli Məclisdəki çıxışlarımızın bu və ya digər formada Qarabağ məsələsinə, torpaqlarımızın işğaldan azad olunması məsələsinə toxunulub. Xüsusi olaraq bir iclasımızın bu məsələyə həsr olunmasını mən mümkün və arzuolunan hesab edirəm”,-deyə deputat A.Mirzəzadə bildirib.

Deputat Milli Məclisdə Qarabağ Komitəsinin yaradılması təklifinə münasibət bildirib: “Parlamentdə ayrı-ayrı sahələrlə bağlı qanun layihələri hazırlayan və yaxud layihələri nəzərdən keçirən komitələr mövcud olur. Dağlıq Qarabağ komitəsini isə parlamentin özünü hesab etmək olar. Parlamentimiz Dağlıq Qarabağ məsələsinə yönlənib, bu məsələnin həllində maraqlıdır və bu məsələ üzrə bütün qərarlarımızın, bütün mövqeyimizin əsas mahiyyətini məhz Qarabağ məsələsi təşkil edir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »